Kiçik Akademiya

"Biliyini paylaş" layihəsi14.12.2022 tarixində "Biliyini paylaş" layihəsi çərçivəsində mentor Cabbar Yolçiyev tərəfindən "İbtidai siniflərdə fiziki tərbiyə fənninin tədris keyfiyyətinin artırılması" mövzusunda seminar təşkil edilmişdir. Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin  metodisti Elçin Quliyev,  5-ci və 6-cı sinif fiziki tərbiyə dərsliklərinin həmmüəllifi Könül Əliyeva da iştirak etmişdir. Eyni zamanda seminarda Bakı şəhəri 112, 113, 206, 285 və 307 nömrəli tam orta məktəblərin fənn metodbirləşmə rəhbərləri və komanda üzvləri iştirak etmişlər. Seminarda layihənin mövzusu ilə bağlı müzakirələr aparılmış, müəllimləri maraqlandıran sualları cavablandırılmış və layihə ilə bağlı  görüləcək işlər haqqında ətraflı  məlumat verilmişdir.

Ətraflı

İncəsənət fədailəri axtarışında6.10.2022 tarixində Sabunçu rayonu Kürdəxanı qəsəbəsi H. Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə Kiçik Akademiyanın Azərbaycan dili və ədəbiyyat kafedrasının şagirdləri ilə iclas keçirildi. İclasda Cabbar Yolçiyev, Tağı Tağıyev , Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri Səmədova Südabə və kafedranın üzvləri ştirak edirdilər. İclasın ilk açılışını Kiçik Akademiyanın rəhbəri Cabbar Yolçiyev etdi. Şagirdlərə iclasın məqsədindən və qarşıda duran hədəflərindən danışdı. Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tağı Tağıyev söz alaraq yaradıcılığa qədəm basan şagirdlərə yaradıcılıq yolunun keşməkeşli və maraqlı olduğunu izah etdi. Gündəmdə duran məsələlərdən olan gənc şair və yazıçıların yaradıcılıq qabiliyyətinin inkişaf etdirmə yolları barədə danışdı. Sonra söz kafedra nümayəndəsi gənc şair, X "D" sinif şagirdi Məhəmmədəliyə verildi. Məhəmmədəli yeni yazdığı qəzəli oxuduqdan sonra ona əruz vəzni, arxaik sözlərin işlənmə tempi barədə tövsiyələr verildi. Daha sonra X “C” sinif şagirdi Əliyeva Zilan yazdığı kiçik hekayə barədə məlumat verdi. Zilana əsərin kompozisiyası, süjet xəttinin strukturu barədə tövsiyələr verildi. X "C" sinif şagirdi Quliyev Xudayənin də təzə yazdığı şeir müzakirəyə çıxarıldı. Şeirin qurluşu və qafiyəsi barədə fikirlər söyləndi. Kafedranın üzvləri olan Mehman, Hüseynəli, Xanım və Həmidənin yazdıqları hekayə və esseləri dinlənildi, daha çox uğur qazanmaları üçün metodik tövsiyələr verildi.

Ətraflı

İlk yarış- ilk qələbə16.10.2022 tarixində H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbin "Cüdo" dərnəyinin üzvləri Balaxanı İdman Mərkəzində təşkil edilən Cüdo idman növü üzrə yarışda iştirak etmişlər. Müxtəlif çəki dərəcələrində yarışıb qələbə qazanan şagirdlər diplom və medallarla təltif edilmişdirlər.

Ətraflı

"Yeni perspektivlərə doğru ilk iclas "2022/23-cü tədris ilinin başlaması ilə əlaqədar "Kiçik Akademiya"nın ilk iclası keçirildi. İclasa 113 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" prezidenti Cabbar Yolçiyev rəhbərlik edib. İclas Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. İclasda yeni tədris ilində qarşıda duran məsələlər müzakirə edildi, məktəb rəhbərliyinin yeni tədris ilinin başlaması ilə bağlı qarşıya qoyduğu aktual problemlər və həlli yolları müzakirə edildi. 2022-ci ilin birinci yarımili üçün perspektiv iş planı təsdiq edildi. Kiçik Akademiyanın yeni tərkibi seçildi. Kafedralar üzrə iş bölgüsü aparıldıqdan sonra əlavə təkliflər dinlənildi. Sonda kafedra müdirləri tərəfindən əlavə təkliflər dinlənildi, suallara cavab verildi.

Ətraflı

"8 Noyabr-Zəfər Günü" adlı ümumməktəb tədbiri keçirildiH.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sı və Kürdəxanı qəsəsbəsi “Mədəniyyət Evi”nin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfərimiz əbədidir” adlı təntənəli tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan 113 nömrəli məktəbin Kiçik Akademiyasının rəhbəri Cabbar Yolçiyev keçirilən tədbir barədə ətraflı məlumat verib.Tədbirdə rayon Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, Kürdəxanı qəsəbəsi Mədəniyyət Evinin direktoru- Məmmədova Aygün, Kürdəxanı bələdiyyəsinin sədri - Məsimov Ağaəli, Məktəbin direktoru - Rüstəmova Gültəkin, Təlim-tərbiyə işləri üzrə direktor müavini - Abasova Şirinxanım və məktəbin pedaqoji heyəti iştirak etmişlər. Tədbirin sonunda iştirakçılarla birlikdə “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş muzeyə baxış keçirilib.

Ətraflı

Kiçik akademiya şagirdləri "Hərbi Qənimətlər" parkında 03.11.2021- ci il tarixində məktəbimizin Kiçik Akademiya üzvlərinin iştirakı ilə akademiyanın prezidenti Cabbar Yolçiyev və hərbi rəhbər Tahir Maçanovun rəhbərliyi altında "Hərbi Qənimət Parkı"na ekskursiyası təşkil olunub.        Şagirdlər böyük sevinc və qürür hissi ilə Parkda yerləşən döyüş postu və əsgər kazarması ilə yaxından tanış olublar. Parkdakı eksponatların arasında ermənilərin qoyub qaçdığı  silahlar,  ağır texnika, raket kompleksləri, hərbi nəqliyyatlar və Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət  götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarına baxış keçiriblər. Parkın ərazisindəki videozalda nümayiş olunan Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına verdiyi müsahibələr, xalqa müraciətlərdən ibarət videolar şagirdlərin böyük marağına səbəb olub. Sonda şagirdlər xatirə şəkilləri cəkdiriblər.

Ətraflı

Cudo qələbəsiMingəçevir şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük “Zəfər müharibəsində” şəhid olmuş Ruslan Cəfərlinin əziz xatirəsinə həsr olunmuş Cudo idman növü üzrə turnir keçirilib. Turnirdə məktəbin Kiçik Akademiyasının üzvü Abdullayev Telman 50kq çəki dərəcəsində yarışa qatılmışdır. O, bütün rəqiblərinə qalib gələrək yarışın cempionu olmuşdur.

Ətraflı

"Kiçik Akademiya"nın iclası keçirilib2021/22-ci tədrisil ilinin başlaması ilə əlaqədar "Kiçik Akademiya"nın ilk iclası keçirilib. İclasa "Kiçik Akademiya"nın rəhbəri Cabbar Yolçiyev rəhbərlik edirdi.İclasda yeni tədris ilində qarşıda duran məsələlər müzakirə edildi, məktəb rəhbərliyinin yeni tədris ilinin başlaması ilə bağlı qarşıya qoyduğu aktual problemlər və həlli yolları müzakirə edildi. 2021-ci ilin birinci yarımili üçün perspektiv iş planı təsdiq edildi. Kiçik Akademiyanın yeni tərkibi seçildi. Kafedralar üzrə iş bölgüsü aparıldıqdan sonra əlavə təkliflər dinlənildi.

Ətraflı

Nizami muzeyində Nizami dərsləri-KAMəktəbin KA üzvlərinin məktəbdə açılmış Nizami muzeyində dəsrləri təşkil olunmuşdur. KA rəhbəri C.Yolçiyevin təşkil etdiyi dərsdə şagirdlərimiz dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını geniş müzakirə etmişdir.

Ətraflı

Məzunlarımız təltif edilibMəktəbin cari tədris ilinin ən yüksək bal toplamış 11-ci sinif məzunları Balaoğlanov Hüseyn Abdulla oğlu və Ağayeva Mirleyla Mircəlal qızı məktəb rəhbərliyi tərəfindən təltif edilmişdir. Adları qeyd olunan şagirdlər həm də məktəbin Kiçik Akademiyasının həyata keçirdiyi tədbirlərdə fərqləniblər. Şagirdlər H.Balaoğlanov 282 bal, M.Ağayeva 271 bal toplamışlar.

Ətraflı
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi