"8 Noyabr-Zəfər Günü" adlı ümumməktəb tədbiri keçirildi

H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sı və Kürdəxanı qəsəsbəsi “Mədəniyyət Evi”nin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfərimiz əbədidir” adlı təntənəli tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan 113 nömrəli məktəbin Kiçik Akademiyasının rəhbəri Cabbar Yolçiyev keçirilən tədbir barədə ətraflı məlumat verib.Tədbirdə rayon Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, Kürdəxanı qəsəbəsi Mədəniyyət Evinin direktoru- Məmmədova Aygün, Kürdəxanı bələdiyyəsinin sədri - Məsimov Ağaəli, Məktəbin direktoru - Rüstəmova Gültəkin, Təlim-tərbiyə işləri üzrə direktor müavini - Abasova Şirinxanım və məktəbin pedaqoji heyəti iştirak etmişlər. Tədbirin sonunda iştirakçılarla birlikdə “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş muzeyə baxış keçirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi