İncəsənət fədailəri axtarışında

6.10.2022 tarixində Sabunçu rayonu Kürdəxanı qəsəbəsi H. Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə Kiçik Akademiyanın Azərbaycan dili və ədəbiyyat kafedrasının şagirdləri ilə iclas keçirildi. İclasda Cabbar Yolçiyev, Tağı Tağıyev , Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri Səmədova Südabə və kafedranın üzvləri ştirak edirdilər. İclasın ilk açılışını Kiçik Akademiyanın rəhbəri Cabbar Yolçiyev etdi. Şagirdlərə iclasın məqsədindən və qarşıda duran hədəflərindən danışdı. Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tağı Tağıyev söz alaraq yaradıcılığa qədəm basan şagirdlərə yaradıcılıq yolunun keşməkeşli və maraqlı olduğunu izah etdi. Gündəmdə duran məsələlərdən olan gənc şair və yazıçıların yaradıcılıq qabiliyyətinin inkişaf etdirmə yolları barədə danışdı. Sonra söz kafedra nümayəndəsi gənc şair, X "D" sinif şagirdi Məhəmmədəliyə verildi. Məhəmmədəli yeni yazdığı qəzəli oxuduqdan sonra ona əruz vəzni, arxaik sözlərin işlənmə tempi barədə tövsiyələr verildi. Daha sonra X “C” sinif şagirdi Əliyeva Zilan yazdığı kiçik hekayə barədə məlumat verdi. Zilana əsərin kompozisiyası, süjet xəttinin strukturu barədə tövsiyələr verildi. X "C" sinif şagirdi Quliyev Xudayənin də təzə yazdığı şeir müzakirəyə çıxarıldı. Şeirin qurluşu və qafiyəsi barədə fikirlər söyləndi. Kafedranın üzvləri olan Mehman, Hüseynəli, Xanım və Həmidənin yazdıqları hekayə və esseləri dinlənildi, daha çox uğur qazanmaları üçün metodik tövsiyələr verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi