"Biliyini paylaş" layihəsi

14.12.2022 tarixində "Biliyini paylaş" layihəsi çərçivəsində mentor Cabbar Yolçiyev tərəfindən "İbtidai siniflərdə fiziki tərbiyə fənninin tədris keyfiyyətinin artırılması" mövzusunda seminar təşkil edilmişdir. Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin  metodisti Elçin Quliyev,  5-ci və 6-cı sinif fiziki tərbiyə dərsliklərinin həmmüəllifi Könül Əliyeva da iştirak etmişdir. Eyni zamanda seminarda Bakı şəhəri 112, 113, 206, 285 və 307 nömrəli tam orta məktəblərin fənn metodbirləşmə rəhbərləri və komanda üzvləri iştirak etmişlər. Seminarda layihənin mövzusu ilə bağlı müzakirələr aparılmış, müəllimləri maraqlandıran sualları cavablandırılmış və layihə ilə bağlı  görüləcək işlər haqqında ətraflı  məlumat verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi