"Yeni perspektivlərə doğru ilk iclas "

2022/23-cü tədris ilinin başlaması ilə əlaqədar "Kiçik Akademiya"nın ilk iclası keçirildi. İclasa 113 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" prezidenti Cabbar Yolçiyev rəhbərlik edib. İclas Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. İclasda yeni tədris ilində qarşıda duran məsələlər müzakirə edildi, məktəb rəhbərliyinin yeni tədris ilinin başlaması ilə bağlı qarşıya qoyduğu aktual problemlər və həlli yolları müzakirə edildi. 2022-ci ilin birinci yarımili üçün perspektiv iş planı təsdiq edildi. Kiçik Akademiyanın yeni tərkibi seçildi. Kafedralar üzrə iş bölgüsü aparıldıqdan sonra əlavə təkliflər dinlənildi. Sonda kafedra müdirləri tərəfindən əlavə təkliflər dinlənildi, suallara cavab verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi