Kiçik akademiya şagirdləri "Hərbi Qənimətlər" parkında

 03.11.2021- ci il tarixində məktəbimizin Kiçik Akademiya üzvlərinin iştirakı ilə akademiyanın prezidenti Cabbar Yolçiyev və hərbi rəhbər Tahir Maçanovun rəhbərliyi altında "Hərbi Qənimət Parkı"na ekskursiyası təşkil olunub.        Şagirdlər böyük sevinc və qürür hissi ilə Parkda yerləşən döyüş postu və əsgər kazarması ilə yaxından tanış olublar. Parkdakı eksponatların arasında ermənilərin qoyub qaçdığı  silahlar,  ağır texnika, raket kompleksləri, hərbi nəqliyyatlar və Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət  götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarına baxış keçiriblər. Parkın ərazisindəki videozalda nümayiş olunan Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına verdiyi müsahibələr, xalqa müraciətlərdən ibarət videolar şagirdlərin böyük marağına səbəb olub. Sonda şagirdlər xatirə şəkilləri cəkdiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi