Pedaqoju Şura iclası keçirildi

23 iyun 2025-ci il tarixində məktəbdə növbəti Pedaqoji Şura iclası keçirildi. İclasın əsas mövzusu 2024–2025-ci tədris ilinə dair illik hesabatların təqdimatı və müzakirəsi oldu.
Fənn müəllimləri, sinif rəhbərləri və məktəb rəhbərliyi tərəfindən təqdim olunan hesabatlarda tədris və tərbiyə sahəsində görülmüş işlər, əldə olunan nəticələr və qarşıya qoyulan hədəflər ətraflı şəkildə təhlil edildi. Təqdimatlar zamanı müəllim heyətinin tədris prosesinə yanaşması, metodik fəaliyyəti və şagird nailiyyətləri ön planda oldu.
İclasda eyni zamanda şagird davranış qaydaları və məktəbdaxili intizam məsələləri də müzakirə olundu. Şagirdlər arasında məsuliyyət hissinin artırılması, nizam-intizamın gücləndirilməsi və bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verildi. Müəllimlərə bu sahədə üzərlərinə düşən vəzifələr və tövsiyələr təqdim olundu.
Pedaqoji Şura iclasının yekununda təhsil keyfiyyətinin artırılması, məktəb həyatının daha səmərəli və effektiv təşkili ilə bağlı konkret təkliflər irəli sürüldü və müvafiq qərarlar qəbul edildi.