1 iyun 2025-ci il tarixində məktəbdə Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə tədbir keçirildi

1 iyun 2025-ci il tarixində məktəbdə Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər. Tədbirdə musiqi nömrələri, şən rəqslər nümayiş etdirildi.Məktəb rəhbərliyi uşaqları bu bayram münasibətilə təbrik edərək onların gələcəyin qurucuları olduğunu vurğuladı. Tədbir uşaqlar üçün unudulmaz bir gün oldu və onların üzündə sevinc dolu təbəssüm yaratdı.