27 May 2025-ci il tarixində məktəbdə 28 May- Müstəqillik Gününə həsr edilmiş tədbir keçirildi

27 May 2025-ci il tarixində məktəbdə 28 May- Müstəqillik Gününə həsr edilmiş tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru G. Rüstəmova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ş. Abasova, T. Hacıyeva, N.Abbasxanova,uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı X. Fərəcova, UBTR Ə. Zeynalova, məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Çıxış edənlər şərqin ilk demokratik dövləti, dünyada qadına səsvermə hüququ, seçmək və seçilmək hüququ bəxş edən ilk ölkələrdən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması prosesi haqqında məlumat verdi, şagirdlərin ifasında vətənpərvərliyə həsr olunmuş mahnı,rəqs, şeirlər səsləndirildi və səhnəciklər nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi