29.05.2025 ci il tarixində 6-cı sinif şagirdlərinin valideynləri ilə iclasda psixoloji söhbət aparıldı,reproduktiv sağlamlıqla bağlı məlumat verildi

29.05. 2025 ci il tarixində 6-cı sinif şagirdlərinin valideynləri ilə iclasda psixoloji söhbət aparıldı.

Məktəbimizdə 6-cı sinif valideynlərinin iştirakı ilə növbəti valideyn iclası keçirildi. İclas çərçivəsində psixoloq R.Ağayeva  şagirdlərin yaş dövrünə uyğun psixoloji xüsusiyyətləri, davranış dəyişiklikləri və bu mərhələdə valideynlərin rolu barədə maarifləndirici söhbət apardı.
Valideynlərlə yeniyetməlik dövrünün başlanğıcında uşaqların emosional ehtiyacları, sosial münasibətlərə təsiri və evdəki dəstəyin əhəmiyyəti müzakirə olundu. Eyni zamanda, valideynlərin verdiyi suallar cavablandırıldı, qarşılıqlı fikir mübadiləsi aparıldı. İclasda həmçinin valideynlərlə il ərzində keçiriləcək reproduktiv sağlamlığın  metodiki vəsaiti ilə  bağlı məlumat verildi, məşğələlər  müzakirə olundu.
Bu cür görüşlərin əsas məqsədi məktəb-valideyn əməkdaşlığını gücləndirmək və uşaqların daha sağlam inkişafını dəstəkləməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi