Quba Soyqrımı Memorial Kompleksi ziyarət edildi

1918-ci il mart - sentyabr aylarında azərbaycanlılara qarşı törədilmiş soyqrımın 100 illiyi ilə əlaqədar Kürdəxanı qəsəbəsi 113 nömrəli tam orta məktəbin bir qrup müəllim-şagird heyəti Quba soyqrımı Memorial Kompleksi ziyarət etdi. Kompleksin əməkdaşı Abutalıb müəllim ziyarət zamanı erməni vəhşiliklərinin baş vermə səbəbi, 1918-ci ilin qırğına qədər insanların yaşam şəraiti, həmçinin qırğından sonrakı vəziyyət və görülən tədbirlər haqqında şagirdlərə geniş məlumat verdi. Həmçinin məktəbin direktoru Rövşən müəllim soyqrım haqqında şagirdlərlə geniş müzakirə apardı.
31 Mart azərbaycanlıların soyqrımı qurbanlarının xatirəsini yad edərək, xalqımızın taleyində şanlı tarixlərin daha çox olması diləyi ilə ruhları qarşısında baş əyirik. Allah şəhidlərimizə və soyqrım qurbanlarına rəhmət eləsin.