Fənn aylıqları davam edir

Məktəbin illik fəaliyyət planının 1.2.5 bəndinə əsasən Mart ayı məktəbdə Kimya, Biologiya, Fizika aylığı elan edilmişdir. Aylıq çərçivəsində nümunəvi dərslər keçirilməsi, bilik yarışı təşkil edilməsi, divar qəzetlərinin hazırlanması, ekskursiyalar və digər müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.