Zahid Xəlil ilə görüş

     Məktəbin illik Fəaliyyət Planının 1.2.5 bəndinə əsasən şagird müəllim fəallığının artırılması məqsədilə ibtidai sinif aylığı elan edilmişdir. Aylıq çərçivəsində məktəbdə açıq dərslər, ədəbi bədii kompozisiya keçirilmiş, şagird müəllim heyəti ilə müxtəlif ekskursiyalar təşkil olunmuşdur. Təlim səviyyəsini ölçmək üçün, müxtəlif monitorinqlər keçirilmişdir. Aylıq çərçivəsində mühüm tədbirlərdən biri 30 noyabr 2017 - ci il tarixində keçirilmişdir. Uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Zahid Xəlil ilə şagirdlərin görüşü təşkil edildi. İbtidai sinif şagirdləri şairin şeirlərini səsləndirdilər hekayələrinə uyğun tamaşa nümayiş etdirdilər. Tədbirdə şagirdlər Zahid Xəlilə olan sualları səsləndirdilər. Məktəblilərin mütaliə mədəniyyətinin formalaşdırılmasında belə tədbirlərin rolu böyükdür. Dəyərli vaxtını məktəb şagirdlərinə ayırdığına görə Zahid Xəlilə minnətdarlığımızı bildiririk, tədbiri təşkil etdiyinə görə 3b sinif rəhbəri Haşımova Kəbirə müəlliməyə təşəkkür edirik.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi