Onluq və yüzlük ayrılan hal mövzusunda açıq dərs

Məktəbin illik Fəaliyyət Planının 1.2.5. bəndinə əsasən müəllim və şagirdlərin fəallığını artırmaq məqsədilə fənn aylığı davam edir. Noyabr ayı məktəbdə ibtidai sinif aylığı elan edilmişdir. İbtidai sinif müəllimi Hüseynli Xəyalə 3e sinifində riyaziyyat fənnindən "Onluq və yüzlük ayrılan hal" mövzusunda açıq dərs təşkil etdi. Açıq dərsdə məktəb rəhbərliyi iştirak etdi. Dərs prossesində yeni təlim metodları , müəllimin İKT bacarığı yüksək şəkildə təsdiq edildi. Uğurlu alınan dərsə görə Xəyalə müəllimə təşəkkür edirik.