Hüquqi dövlətin əsasları adlı olimpiada keçirildi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən 12 noyabr - Konstitusiya günü ilə bağlı Sabunçu rayonunda yerləşən məktəblərdə 1- 6 noyabr tarixində “Hüquqi dövlətin əsasları” adlı olimpiada keçirilmişdir. Məktəbimizin XI b sinif şagirdi Nəsirova Lamiyə olimpiadanın nəticəsinə əsasən diplomla təltif edilmişdir. Nəsirova Lamiyəyə təhsilində yeni uğurlar arzu edirik və məktəbimizi yüksək səviyyədə təmsil etdiyinə görə təşəkkür edirik.