Oxuyub anlama monitorinqi

Məktəbin illik Fəaliyyət Planının 1.2.5 bəndinə əsasən müəllim və şagirdlərin fəallığının artırılması məqsədi ilə noyabr ayı ibtidai sinif aylığı elan edilmişdir.03.11.2017- ci tarixdə şagirdlərin bilik , bacarıq və vərdişlərinin müəyənləşdirilməsi , şagirdlərin oxuyub anlama vəziyyətini qiymətləndirilməsi üçün, IV siniflərdə monitorinq keçirildi. Monitorinq məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Qiyasova Kifayət və ibtidai sinif üzrə metodbirləşmə rəhbəri Qasımova Nərminə tərəfindən təşkil edilmişdir. Monitorinqdə 248 şagird iştirak etmişdir.