Zəngilanın işğalı

30 Oktyabr 2017 ci il tarixində məktəbin illik Fəaliyyət Planının 1.3.5 - ci bəndinə əsasən Zəngilan rayonunun işğal edilməsi ilə bağlı tədbirlər keçirildi.Tədbirlərin əsas məqsədi xalqımızın qan yaddaşı olan faciələri şagirdlərə bir daha çatdırmaq , şagirdlərin vətənə məhəbbət ruhunda böyüməsinə , onlarda vətənpərvərlik hissinin yüksəldilməsinə nail olmaq idi. Məktəbin Ana- dili və ədəbiyyat müəllimi Tağıyev Tağı şagirdlərlə birlikdə 10 a sinifində yazıçı Nüşabə Məmmədlinin " Zəngülə " əsərini müzakirə etdilər .Əsər Qarabağda əsir düşən qadınların başına gətirilən müsibətlərdən bəhs edir. Məktəbin tarix müəllimi Gülməmmədova Sevinc 8e sinifində Zəngilan rayonun işğalı ilə bağlı Dəyirmi masa təşkil etmişdir. Hər iki müəllimə təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi