" Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında " Azərbaycan Respublikasının Prezidentinin 12 yanvar 2017 - ci il tarixli 2597 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirinin 07.04.2017 - ci il tarixli 193 nömrəli əmrini yerinə yetirmək məqsədi ilə məktəbdə " Molla Pənah Vaqif yaradıcılığı " adlı ədəbi - bədii tədbir keçirildi. Tədbiri 2016-2017 tədris ilində fəaliyyət göstərmiş Dram dərnəyinin üzvləri , Ana- dili və ədəbiyyat müəllimi Mahrux Dövlətzadənin rəhbərliyi ilə hazırlamışdır.