Məktəb riyaziyyat kursunun tədrisində problemli məsələlər

Məktəbin illik Fəaliyyət Planının 1.2.5 -ci bəndinə əsasən müəllim peşəkarlığının səviyyəsini müəyyənləşdirmək , müəllimin İnnovasiya və İKT bacarıqlarını nümayiş etdirmək , eyni zamanda müəllim və şagird fəallığını artırmaq üçün 10.10.2017 -ci il tarixində riyaziyyat aylığl çərçivəsində " Məktəb riyaziyyat kursunun tədrisində problemli məsələlər " mövzusunda dəyirmi masa təşkil edildi. Tədbirdə məktəbin direktoru Rövşən Qasımov , məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Abbasova Şirinxanım, tərbiyə işləri üzrə direktor müavini Fərəcova Xuraman , riyaziyyat müəllimləri və məktəbin fəal şagirdləri iştirak etdilər. Dəyirmi Masanın təşkilatçısı məktəbin riyaziyyat müəllimi Kazımova Zəminə müəllimə təşəkkür edirik.