2016-2017-ci tədris ilində məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Mahrux müəllimin rəhbərliyi ilə dram dərnəyi fəaliyyət göstərir. Tədris ilində dərnək üzvləri hər ay müxtəlif tamaşa göstərmiş, əlamətdar hadisələri qeyd etmişlər. May ayında dram dərnəyi “Gülək, Güldürək” adlı tamaşa hazırlamışdırlar. Tamaşa dərnək üzvlərinin 11- ci siniflərə vida tamaşası formasında təşkil olunmuşdur. Tədbirin rəngarəngliyindən biri də tamaşada Azərbaycanın xalq artisti Arif Quliyevin iştirak etməsi idi. Tədbirdə çox əyləncəli və maraqlı keçdi.