28 MAY RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ MƏKTƏBDƏ TƏDBİR KEÇİRİLDİ

1918-ci il 28 may tarixində Azərbaycan yenidən müstəqillik əldə edərək respublika idarəçilik formasını seçdi. AXC – nin yaranmasında rolu olan şəxslər M.Ə.Rəsulzadə, Ə.Topşubaşov, F.Xoyski, X.Xasməmmədov, H.Ağayev və digərləri qurduqları yeni dövlətdə vətəndaş cəmiyyətinin formalaşmasının eyni zamanda dövlət idarəçilik sisteminin həyata keçirilməsində xalqın hakimiyyət mənbəyi kimi ifadə edilməsi təmin etdilər. Azərbaycan müsəlman şərqində ilk demokratik respublikaya çevrildi. Bu gün AXC-nin varisi olaraq. Azərbaycan Respublikası dünyanın ən demokratik ölkələrindən biridir. Ulu öndər Heydər Əliyevin əbədi, daimi, dönməz müstəqillik verdiyi dövlətimiz cənab prezident İlham Əliyevin yeritdiyi siyasət nəticəsində regionun, eləcə də dünyanın nüfuzlu dövlətləri sırasındadır.Respublika günümüz mübarək! Bu gün münasibətilə məktəbimizdə silsilə tədbirlər keçirilmişdir. Şagirdlər rəsm sərgisi təşkil etmiş, divar qəzetləri hazırlamışdılar. 26 may 2017-ci il tarixində məktəbin akt zalında əvvəlcə 7-8-ci siniflərin hazırladığı tədbir, daha sonra Familə müəllimənin rəhbərliyi ilə 3-cü siniflərin bayram təbriki məktəb kollektivinə nümayiş olundu. Şagirdlər tədbirdə səhnələr təşkil etdilər, günlə bağlı müxtəlif məzmunlu şeirlər, mahnılar səsləndirdilər.