11"C" sinif şagirdləri ilə qrup terapiyası edildi.
11"C" sinif şagirdləri ilə qrup terapiyası edildi.
29.05.2025-ci il tarixində psixoloq R.Ağayeva şagirdlər arasında təhlükəsiz psixoloji mühit yaratmaq, günü əyləncəli, reflektiv keçirtmək məqsədi ilə qrup terapiyası etdi. İlk olaraq “2 doğru, 1 yalan” tapşırığı ilə uşaqlar həm bir-birini fərqli tərəfdən tanıdı, həm də müşahidə və təxmin bacarıqlarını işə saldı. İkinci tapşırıqda “Beynimdə və ürəyimdə nə var?” sualları ilə şagirdlər daxili düşüncə və hisslərini yazaraq refleksiya etdilər. Son olaraq hər kəs bu gününü ifadə edən üç söz seçdi və paylaşdı. Seans boyunca uşaqların könüllü iştirakına əsaslanan, açıq və mehriban atmosfer qorundu.