Şagirdlərin idrak proseslərini inkişaf etdirmək məqsədi ilə fərdi psixoloji iş aparıldı

19.05.2025 ci il tarixində ibtidai sinif şagirdlərinin idrak proseslərini inkişaf etdirmək məqsədi ilə fərdi psixoloji iş aparıldı.
Psixoloq R. Ağayeva şagirdlərə müxtəlif yarımçıq hekayə başlanğıcları təqdim etdi və onlardan bu hekayələri öz düşüncələrinə uyğun şəkildə tamamlamağı xahiş etdi. Hər uşaq seçdiyi mövzunu fərdi olaraq işlədi və hadisələri istədiyi istiqamətə yönəltdi. Tapşırıq uşaqlarda sərbəst düşüncə, məntiqi əlaqə qurmaq və yazılı nitq bacarıqlarının formalaşmasına kömək edir. Bu metod həmçinin şagirdin daxili dünyasını və maraqlarını tanımağa şərait yaradır.