“Zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirildi

13 may 2025-ci il tarixində məktəbdə şagirdlər arasında sağlam həyat tərzinin təbliği məqsədilə “Zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə səhiyyə nazirliyinin nümayəndələri, məktəb rəhbərliyi,psixoloqlar, müəllim və yuxarı sinif şagirdləri iştirak etdi.
Tədbir zamanı zərərli vərdişlərin — siqaret çəkmək, spirtli içkilərdən istifadə, narkotik maddələrə aludəçilik və sosial şəbəkə asılılığı kimi halların insan sağlamlığına, psixologiyasına və cəmiyyətə vurduğu ziyan haqqında geniş məlumat verildi. Şagirdlərə sağlam həyat tərzinin üstünlükləri izah edildi və bu istiqamətdə motivasiyaedici çıxışlar oldu. Tədbir zamanı iştirakçıları maraqlandıran suallara cavab verilərək bir daha vurğulandı ki, zərərli vərdişlərə qarşı mübarizə hər kəsin üzərinə düşən məsuliyyətdir və gənclərin sağlam gələcəyi üçün belə tədbirlərin davamlı şəkildə keçirilməsi vacibdir.