Məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin 102-ci il dönümü qeyd olundu

Məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin 102-ci il dönümü qeyd olundu

8 may 2025-ci il tarixində məktəbimizdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdi.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Ardınca Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən məktəbin rəhbərliyi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafındakı misilsiz xidmətlərindən, onun dahi şəxsiyyət kimi xalqın yaddaşında necə əbədi iz qoyduğundan danışdı. Sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiya təqdim olundu.
Şagirdlər tərəfindən təqdim olunan videoçarxlar və musiqili çıxışlarla zənginləşdirilən tədbir məktəbdə vətənpərvərlik ruhunun yüksəldilməsinə, gənc nəslin milli liderin irsini dərindən öyrənməsinə xidmət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi