Futbol Çempionatının Açılışı və Puşkatma Mərasimi keçirildi

5 May 2025-ci il tarixində Futbol Çempionatının Açılışı və Puşkatma Mərasimi keçirildi
2025-ci ilin 5 may tarixində məktəbimizdə Respublika Gününə həsr olunmuş futbol çempionatının açılışı və puşkatma mərasimi keçirildi. Tədbirdə məktəb rəhbərliyi və digər qonaqlar yaşırın açılışında iştirak etmişlər.
Tədris işləri üzrə direktor müavini Əlifli Əliheydər, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fərəcova Xuraman və təsərrüfat müdiri Muradov Şahin də açılışda iştirak edərək, bu əlamətdar günün əhəmiyyətinə toxundular.
Tədbirin açılışını fiziki tərbiyə fənn metodbirləşmə rəhbəri Cabbar Yolçiyev çıxış edərək, iştirakçılara yarış haqqında ətraflı məlumat verdi. O, hər bir komandanın yüksək ruhla yarışacağına inandığını vurğuladı.
Daha sonra hər bir qonaq öz növbəsində bir puşk seçərək, komandalarına uğurlar arzuladılar. Tədbirin sonunda, yarışın hakimləri - Abasov Rəşad, Mərdanov Eltun, Məmmədov Asəf və Alıyeva Könül - öz sözlərini deyərək, yarışın qaydaları barədə ətraflı məlumat verdilər.
 Şagirdlər həm idman bacarıqlarını sərgilədilər, həm də Respublika Gününün əhəmiyyətini bir daha bir daha hiss etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi