İbtidai sinif şagirdlərinin idrak prosesini inkişag etdirən "Təsəvvür et" qrup işi aparıldı

29.04.2025- ci il tarixində ibtidai sinif şagirdlərinin idrak prosesini inkişag etdirən "Təsəvvür et"  qrup işi aparıldı.

Psixoloq R.Ağayeva 4"D" sinfi ilə şagirdlərin fantaziya gücünü və danışıq bacarıqlarını inkişaf etdirən tapşırıq verdi. Şagirdlər 4 qrupa bölünərək fərqli yarımçıq hekayələri tamamlayır, öz dünyalarını qururlar. Hər qrupun qarşısında müxtəlif mövzular – gizli ada, sehrli meşə və təsəvvür edilən dünya, əfsanəvi canlılarla dolu senarilər var. Məqsəd uşaqların sərbəst düşünməsini, birlikdə çalışmağı və öz hekayəsini ifadə etməyi öyrənməsidir. Oyun həm əyləncəlidir, həm də dərsdə inteqrativ öyrənməyə imkan yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi