" Tarixi keçmişin yadigarları " adlı dəyirmi masa keçirildi

18.04.25 tarixində kitabxanada 18-Aprel Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə " Tarixi keçmişin yadigarları " adlı dəyirmi masa keçirildi.Tədbirdə iştirak edən məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Xuraman Fərəcova, kitabxana müdiri İradə Mustafayeva və məktəbin rus-dili müəllimi Lalə  Zülfiqarova öz çıxışlarında bu əlamətdar günün yaranma tarixi haqqında şagirdlərə məlumat verib,tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata kecirdikləri böyük işlərin hər kəs üçün ən gözəl örnək olduğunu vurğuladılar.İçərişəhər memarlıq kompleksi, Qobustan Milli Tarix -Bədii Qoruğunun  UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsindən, Qobustandakı muzeyin isə 2013-cü ildə Avropanın ən yaxşı muzeylər sırasında olduğu haqqında məlumat verdilər.Daha sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər.Sonda "Tarixi Abidələrimiz" adlı video-çarx izlənildi.Tədbirdə 8q sinif şagirdləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi