"Kosmosun fəthi" adlı tədbir keçirildi

11 aprel 2025-ci il tarixində məktəbin kitabxanasında coğrafiya müəllimi A. Fətəliyevanın təşkilatçılığı və VI sinif şagirdlərinin iştirakı ilə 12 aprel Dünya Aviasiya və Kosmonavtika günü münasibətilə "Kosmosun fəthi" adlı tədbir keçirildi. Tədbirdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova, UBTR Ə. Zeynalova, kitabxana müdiri İ.Mustafayeva, psixoloq R. Ağayeva və şagirdlər iştirak etdi. Tədbirdə şagirdlər kosmosun fəthindən, müxtəlif səma cisimlərinə göndərilən kosmik cihazlardan, kosmosa ilk çıxan astronavtlardan, Beynəlxalq Kosmik Stansiyanın fəaliyyətindən, həmçinin kosmik sahədə böyük xidmətləri olmuş məşhur Azərbaycanlılardan bəhs etdilər. Sonda kosmik stansiyada olan astronavtların gündəlik yaşamından bəhs edən videomaterial izlənildi. X.Fərəcova tədbirdə iştirak edən müəllim və şagirdlərə təşəkkürünü bildirdi
və tədbirin maarifləndirici əhəmiyyətini vurğuladı.