Beynəlxalq Cizgi Filmləri Günü ilə əlaqədar tədbir keçirildi

04.04.25 tarixində 6 Aprel Beynəlxalq Cizgi Filmləri Günü ilə əlaqədar tədbir keçirildi.Tədbirdə kitabxana müdiri İradə Mustafayeva şagirdlərə Dünya Cizgi Film Gününün 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Dərnəyi tərəfindən təsis edilməsi, məzmununa görə cizgi filmlərinin növləri haqqında geniş məlumat verdi.Sonra şagirdlərə öyrədici cizgi filmləri nümayiş olundu.Bu cizgi filmlərindən şagirdlər davranış qaydaları, təmizliyə riayət,planetlər, ilk dövrlərdə mövcud olmuş heyvanlar və onların yaşam tərzi ilə bağlı geniş  məlumat əldə etdilər.Bu tədbirin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünün genişləndirilməsindən ibarətdir.Tədbirdə məktəbin sinifdənxaric işlər üzrə təşkilatçı X.Fərəcova ,ibtidai sinif müəllimi F.Həsənova və 4a sinif şagirdləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi