Aprel döyüşləri - Zəfərin başlanğıcı adlı dəyirmi masa keçirildi

Aprel döyüşləri - Zəfərin başlanğıcı adlı dəyirmi masa keçirildi
Aprelin 2-də "Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa keçirildi.Tədbirdə müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks- hücum əməliyyatı keçirməsi və düşməni ağır məğlubiyyətə uğratması barədə şagirdlərə geniş məlumat verildi.Qeyd edilib ki, Aprel döyüşlərinin tarixi əhəmiyyəti bu qələbə sayəsində,, Böyük Qayıdış,, prosesinə start verilməsi olub. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini və vətənpərvərliyini nümayiş etdirib.Sonda Aprel döyüşləri ndə ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs edən videoçarx nümayiş olundu.