Respublika Fənn Müsabiqəsində uğur qazanan şagirdlərlə görüş keçirildi

19 mart 2025-ci il tarixində Respublika Fənn Müsabiqəsində uğur qazanaraq yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlərlə görüş keçirildi. Görüşdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdi. Şagirdlərə digər mərhələlərdə də uğur qazanmaları arzulandı, onların zəhmətkeşliyi və əzmkarlığı yüksək qiymətləndirildi. Görüş zamanı həmçinin müsabiqənin növbəti mərhələsinə hazırlıq prosesi müzakirə olundu, şagirdlərə motivasiya verən çıxışlar edildi. Məktəb rəhbərliyi və müəllimlər bu uğurun təkcə fərdi deyil, həm də məktəbin ümumi nailiyyəti olduğunu vurğuladı.