Novruz gəlir, yaz gəlir

19 mart 2025-ci il tarixində məktəbdəə Novruz bayramına həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagird və müəllimlərin iştirakı ilə təşkil olunan bayram şənliyində milli adət-ənənələrimiz canlandırıldı. Daha sonra şagirdlər Novruzun əsas rəmzlərindən olan Kosa və Keçəli canlandıraraq maraqlı səhnəciklər nümayiş etdirdi. Novruz bayramına, yazın gəlişinə həsr olunmuş rəqslər, xalq mahnıları və şeirlər səsləndirildi.
Sonda məktəb rəhbərliyi bayram münasibətilə şagirdləri və müəllimləri təbrik edərək Novruzun bolluq, bərəkət və firavanlıq gətirməsini arzuladı. Tədbir xoş anlarla yadda qaldı və məktəb ailəsinin birliyini bir daha nümayiş etdirdi.