"Məni xoşbəxt edən öz sevimli dilimdir"adlı tədbir keçirildi

21.02.2025 -ci  il tarixində kitabxanada  Beynəlxalq Ana Dili Günü münasibətilə  məktəbin ibtidai sinif müəllimi Reyhan Əsgərovanın təşkilatçılığı ilə"Məni xoşbəxt edən öz sevimli dilimdir"adlı tədbir keçirildi.Tədbirdə "Beynəlxalq Ana Dili Günü"nün yaranma tarixindən, dilimizin gözəlliyindən,bu dilin geniş imkanlara malik olmasından danışıldı.Sonra musiqilər səsləndirildi,müxtəlif 
şeirlər dinlənildi ,video- slaydlar nümayiş etdirildi.Şagirdlərin ifasında kiçik səhnəciklər  göstərildi. Məqsəd əsrlərin əmanəti olan doğma dilimizi qorumağın,ona hörmətlə yanaşmağın hamının müqəddəs borcu olduğunu şagirdlərə aşılamaqdır. Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri və 4b sinif şagirdləri iştirak etdilər.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi