İbtidai siniflərdə məktəbdaxili monitorinq keçirildi

Məktəbdə ibtidai sinif şagirdlərinin oxu-yazı bacarıqları və riyazi təfəkkürünün inkişaf səviyyəsini müəyyən etmək məqsədilə genişmiqyaslı məktəbdaxili monitorinq keçirildi. Monitorinq prosesində şagirdlərin mətn oxuma sürəti və anlama qabiliyyəti, düzgün və ifadəli oxu vərdişləri, yazı bacarıqları, həmçinin riyazi məntiqi düşünmə və hesablama bacarıqları qiymətləndirildi.