Beynəlxalq Kitab Bağışlama Günü qeyd edildi

Kitabxanada 14 Fevral 2025- ci il tarixində Beynəlxalq Kitab Bağışlama Günü qeyd edildi.İbtidai sinif müəllimi Məhsəti Qəmbərova 3q sinif şagirdləri ilə birlikdə kitabxananın qonağı oldular.Tədbirdə kitabxana müdiri İradə Mustafayeva və məktəbin sinifdənxaric işlər üzrə təşkilatçı Xuraman Fərəcova iştirak etdi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin mütaliəyə marağının artırılması,onların dünyagörüşünün genişləndirilməsindən ibarətdir.Şagirdlərə Beynəlxalq Kitab Bağışlama Günü barədə ətraflı məlumat verildi , videoçarx nümayiş olundu.Sonda şagirdlər biri -birinə kitab hədiyyə etdilər.