"Ana dilim-milli varlığım"adlı tədbir keçirildi
20 fevral 2025- ci il tarixində məktəbimizdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar "Ana dilim-milli varlığım"adlı tədbir keçirildi.Tədbirdə şeirlər söylənildi,səhnəciklər göstərildi.Şağirdlər öz çıxışlarında onu da vurğuladılar ki, Beynəlxalq Ana Dili Günü dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması mütləqdir.Çünki dil millətin kimliyini, tarixini və mədəniyyətini yaşadan, onu digər xalqlarla bağlayan ən önəmli vasitədir.
Tədbirdə məktəb rəhbərliyi,müəllim və şagirdlər iştirak etdilər.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan əsas vasitədir.Hər kəs öz ana dilini bilməli,onu qorumalı, yad ünsürlərin bu dilə yaxın düşməsinə imkan verməməlidir.
2000-ci ildən etibarən hər il fevralın 21-də"Beynəlxalq Ana Dili Günü "qeyd olunur. 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında Dövlət dili haqqında Qanunun qəbul edilməsi Azərbaycan dilinin qorunması və inkişafına mühüm töhfə oldu.Prezident İ.Əliyevin bu sahədə imzaladığı fərmanlar dilimizin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.