Şagirdlərin imtahan stress və həyəcanının aradan qaldırılması məqsədilə tədbir keçirildi

19 fevral 2025 - ci il tarixində məktəbin fəaliyyət planına əsasən psixoloq A.Ağarzayevanın təşkilatçığı 11a, 11ç, 11d şagirdlərinin iştirakilə imtahan stress və həyəcanının aradan qaldırılması məqsədilə tədbir keçirildi.
Tədbirdə şagirdlərə imtahan zamanı orqanizmdə yaranan fizioloji və psixoloji reaksiyalar barədə məlumat verildi.Stress nədir? Sualına cavab axtarıldı. Stressdən qaç və mübarizə apar şüarına köklənildi. İmtahan stressinin abituriyentə yaratdığı neqativ düşüncələri müzakirə edilərək həll yolları axtarıldı.
İmtahandan əvvəl və imtahan zamanı sakit və inamlı qalmağa kömək üçün nəfəs texnikası,gözlərinizi yumun və səyahət başlasın adlı texnikaları işlənildi.
Sonda şagirdlərə hər şeydən öncə özünüzə inanın, çünki özünəinam qələbənin yarısıdır fikrini söyləyərək,onların sualları cavablandırıldı.