Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar "Əfsanəvi qəhrəman Mübariz İbrahimov" adlı tədbir keçirilidi

07 fevral 2025-ci il tarixində məktəbin kitabxana müdiri İradə Mustafayevanın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar "Əfsanəvi qəhrəman Mübariz İbrahimov" adlı tədbir keçirildi.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi .Tədbirdə çıxış edən kitabxana müdiri İradə Mustafayeva və məktəbdən kənar və sinifdənxaric işlər üzrə təşkilatçı Xuraman Fərəcova Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında məlumat verib,onun vətənpərvərliyinin gənclərə örnək olduğunu bildiriblər.Tarix yazmış əfsanəvi qəhrəmanlarımızla qürür duyduqlarını söyləyiblər. Bu gün Mübarizin ruhu şaddır, çünki uğrunda şəhid olduğu vətən torpağı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu tərəfindən azad olunub. Sonra Mübariz İbrahimova həsr olunmuş şeirlər dinlənilib və film izlənilib.Tədbirin kecirilməsində məqsəd şagirdlərə Milli Qəhrəmanlarımızı tanıtmaq, Mübariz İbrahimovun xatirəsini yad etmək və yetişməkdə olan gənc nəsildə milli vətənpərvərlik hisslərini aşılamaqdır.Tədbirdə U.B.T.R Ə.Zeynalova,psixoloq A.Ağarızayeva,müəllimlərdən L.Zülfiqarova və 8 q sinif şagirdləri iştirak etdi.