I yarımilin yekunlarına dair pedoqoji şura iclası keçirildi

31 yanvar 2025-ci il tarixində məktəbdə I yarımilin yekunlarına həsr olunmuş pedoqoji şura iclası keçirildi. İclasda məktəbin direktoru G. Rüstəmova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Ş. Abasova, T. Hacıyeva, N. Abbasxanova, Ə. Əlifli, uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova, psixoloqlar A. Ağarzayeva, R. Ağayeva, həmkarlar təşkilatının məktəb üzrə sədri A. Balaəliyeva, kitabxana müdiri İ.Mustafayeva və uşaq birliyi təşkilatı rəhbəri Ə. Zeynalova və müəllim kollektivi iştirak etdi. 
İclası məktəb direktoru açaraq I yarımildə görülən işlər, nailiyyətlər və qarşıya çıxan çətinliklər barədə ümumi məlumat verdi. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavinləri tədris prosesinin gedişatı, şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi və siniflər üzrə akademik göstəricilər barədə ətraflı hesabat təqdim etdi. 
Uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı şagirdlərin dərsdənkənar fəaliyyətləri, müxtəlif tədbirlərdə iştirakı və onların inkişafına yönəlmiş layihələr barədə danışdı. Məktəb psixoloqları şagirdlərin psixoloji durumunu, sosial-emosional inkişafını və bu istiqamətdə aparılan işləri təhlil edərək tövsiyələr verdi. 
Həmkarlar təşkilatının məktəb üzrə sədri müəllimlərin sosial rifahı və kollektivin əmək şəraiti ilə bağlı məsələləri müzakirəyə çıxardı. Kitabxana müdiri isə şagirdlərin kitabxanadan istifadəsi, oxu vərdişlərinin inkişafı və kitab təminatı haqqında məlumat verdi.
Uşaq birliyi təşkilatı rəhbəri məktəbdə şagirdlərin liderlik bacarıqlarının inkişafı, təşkil olunan tədbirlər və layihələr barədə məlumat verdi. O, şagirdlərin sosial fəaliyyətlərdə daha aktiv iştirakının təmin edilməsi üçün görülən işləri vurğuladı və gələcək planlarını bölüşdü.
İclasın sonunda əldə olunan nəticələr təhlil edildi, növbəti yarımildə görüləcək işlər müəyyənləşdirildi və birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflər irəli sürüldü. Məktəb kollektivi şagirdlərin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi üçün səylə çalışmağa davam edəcəyini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi