"Qisas qiyamətə qalmadı" mövzusunda inşa müsabiqəsi keçirildi

16 yanvar 2025 - ci il tarixində məktəbin kitabxanasında 20 yanvar faciəsinin 35 - ci ildönümü ilə əlaqədar "Qisas qiyamətə qalmadı" mövzusunda inşa müsabiqəsi keçirildi. Müsabiqə VIII-X sinif şagirdləri arasında təşkil olundu. Şagirdlər öz yazılarında Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqın gözünü qorxutmaq məqsədi daşıyan 20 yanvar faciəsini törədənlərə öz münasibətlərini bildirməyə çalışdılar.