Yaddaşımın zirvəsi-Şəhidlər Xiyabanı adlı tədbir keçirildi

17 yanvar 2025-ci il tarixində məktəbdə 20 yanvar ümumxalq hüzn gününə həsr olunmuş "Yaddaşımın zirvəsi-Şəhidlər Xiyabanı" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru G. Rüstəmova, təlim-tərbiyə işləri üzrə direktor müavini N.Abbasxanova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova, UBTR Ə. Zeynalova, psixoloq A. Ağarzayeva, müəllim və şagird kollektivi iştirak etdi.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri, 20 yanvar ümumxalq hüzn gününə həsr olunmuş şeirlər, səhnəciklər nümayiş olundu. Sonda məktəbin direktoru G. Rüstəmova çıxış edərək şəhidlərin xatirəsini ehtiramla yad etdi. Direktor qeyd etdi ki, 20 Yanvar faciəsi təkcə bir kədərli tarix deyil, həm də Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin şanlı səhifəsidir. Bu gün bizim üçün həm ağrı, həm də qürur günüdür. O vurğuladı ki, şəhidlərimizin qanı bahasına əldə olunan müstəqilliyi qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" ilə 20 yanvar ümumxalq hüzn gününü əlaqələndirərək qeyd etdi ki, 20 Yanvar faciəsi həm azadlıq uğrunda mübarizənin simvolu, həm də müstəqilliyə və suverenliyə gedən yolda əbədi bir iz olaraq qalır. Bu tarix, həmçinin Azərbaycanın hüquqi dövlətçilik prinsiplərinin və suverenliyinin bərpası ilə birbaşa əlaqəlidir. Tədbirdə 20 yanvar ümumxalq hüzn gününə həsr olunmuş video-çarxlar nümayiş olundu.