"Qəhrəmanlıq səhifəsi-20 Yanvar" mövzusunda dəyirmi masa keçirildi

16.01.25 tarixində kitabxanada 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar ,, Qəhrəmanlıq səhifəsi-20 Yanvar ,, mövzusunda dəyirmi masa keçirilib.Tədbirdə iştirakçılar 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Çıxış edən məktəbin tarix müəllimi Adilə Hümbətova 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına , dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb.A. Hümbətova qeyd edib ki, 35 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir.Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.Tədbirdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X.Fərəcova, kitabxana müdiri İ.Mustafayeva və 8 b sinif şagirdləri iştirak edib. Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən video çarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi