Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib

10.01.25 tarixində kitabxana müdiri İradə Mustafayevanın təşkilatçılığı ilə tanınmış ictimai xadim, Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib.
Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı  Xuraman Fərəcova əsərlərində xalqımıza məxsus mənəvi dəyərləri, folklor ənənələrini qoruyub saxlayan şairin yaradıcılığından bəhs edib.
Sonra Z.Yaqubun həyat və yaradıcılığını əks etdirən qısa sənədli film nümayiş olunub.
Kitabxana müdiri İradə Mustafayeva ,, Zəlimxan Yaqub və xalq yaradıcılığı,, mövzusunda çıxış edərək, şairin mənəvi xəzinəmizə bəxş etdiyi poeziya incilərindən söz açıb.Sonda şairin poeziyasından nümunələr səsləndirilib.Tədbirdə 11d sinif şagirdləri iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi