Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr edilmiş "Nəqşi -cahan--Naxcıvan" adlı dəyirmi masa keçirildi

23.12.2024- cü il tarixində kitabxanada məktəbin biologiya müəllimi F.Nəsirovanın təşkilatçılığı və X e sinif şagirdlərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr edilmiş "Nəqşi -cahan--Naxcıvan" adlı dəyirmi masa keçirildi.Tədbirdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X.Fərəcova , kitabxana müdiri İ.Mustafayeva , müəllimlərdən A.Fətəliyeva , R.Məmmədova iştirak etdi.Naxçıvanın zəngin təbiəti, qədim abidələri, ziyarətgahları, şəfalı bulaqları, müalicəvi suları haqqında şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi.Sonda videoçarx nümayiş olundu.