"Media savadlılığı" mövzusunda tədbir keçirildi

19 dekabr 2024-cü il tarixində məktəbdə 8-ci sinif şagirdlərinin iştirakı ilə "Media Savadlılığı" mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkil etdiyi Azərbaycanda Media Həftəsi çərçivəsində baş tutdu. Təlimdə Agentliyin şöbə müdiri Nuridə Dilanova və aparıcı mütəxəssis Əkbər Mikayılov iştirak etdilər. Təlimin məqsədi şagirdlərdə media savadlılığını artırmaq, informasiya mənbələrinin doğru təhlili və istifadəsi üzrə bilik və bacarıqlar aşılamaqdı. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.