"Qan xəstəlikləri" mövzusunda təqdimat keçirildi

18.12.24 tarixində məktəbin biologiya müəllimi S.Abbasovanın rəhbərliyi ilə 8b sinif şagirdlərinin hazırladıqları "Qan xəstəlikləri" mövzusunda təqdimat keçirildi.Tədbirdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X.Fərəcova, kitabxana müdiri İ.Mustafayeva iştirak etdi.Tədbir zamanı şagirdlər qan xəstəliklərinin növləri- anemiya, talassemiya, hemofiliya, hepatit, leykoz haqqında hazırladıqları araşdırmaları təqdim etdilər.Təqdimatlarda bu xəstəliklərdən qorunma üsulları, xəstəliyin yaranma səbəbləri qeyd edilmis, müalicə metodları haqqında ətraflı məlumat verilmişdi.