Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş "Səndə tarixlərin çox nişanı var...," adlı tədbir keçirildi

17 dekabr 2024 cü il tarixində məktəbin kitabxana müdiri İ.Mustafayevanın təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş ,, Səndə tarixlərin çox nişanı var...,, adlı tədbir keçirildi.Tədbirdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X.Fərəcova, U.B.T.R Ə.Zeynalova , psixoloq A.Ağarızayeva, müəllimlər F.Nəsirova, L.Zülfiqarova və 8k sinif şagirdləri iştirak etdi.Tədbiri giriş sözü ilə açan İ.Mustafayeva öz çıxışında  Naxçıvanın tarixindən,mədəniyyətindən söhbət açdı , adət-ənənələrin, milli və dini dəyərlərin təkcə öyrənilmədiyini , həm də qorunaraq yaşadıldığını qeyd etdi.X.Fərəcova Naxçıvanın qədim tarixindən,abidələrindən,zəngin mədəniyyətindən danışdı.Şagirdlərin ifasında Naxçıvana həsr olunmuş şeirlər və mahnılar təqdim olundu.Sonda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi