Azərbaycan şairi Tofiq Bayramın 90 illik yubileyinə həsr olunmuş "Qadın ürəyi" adlı tədbir keçirildi

16 dekabr 2024 cü il tarixində məktəbin kitabxanasinda tanınmış Azərbaycan şairi Tofiq Bayramın 90 illik yubileyinə həsr olunmuş "Qadın ürəyi" adlı tədbir keçirildi.Tədbirdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X.Fərəcova, fənn müəllimləri L.Zülfiqarova, J.Əhmədova və 8c sinif şagirdləri iştirak etdi. Kitabxana müdiri İ.Mustafayevanın təşkilatçılığı ilə hazırlanan tədbirdə şairin həyat və yaradıcılığından danışıldı və qeyd olundu ki,sevimli şairimiz bütün ədəbi fəaliyyəti zamanı poeziyada qaynar bir ömür yaşamışdır. Tədbir şairin əsərlərində qadın obrazının və onun daxili dünyasının işıqlandırılmasına diqqət çəkərək, onun poetik dünyasını dərinləşdirmək məqsədi daşıdı. Şagirdlər şairin yazdığı şeirləri səsləndirərək, Tofiq Bayramın qadın ruhunu necə əks etdirdiyini müzakirə etdilər. Həmçinin tədbir zamanı şairin şeirlərinə bəstələnmis mahnılar dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi