"Ölkəmizin Nəqşicahanı "adlı tədbir keçirildi

13 dekabr 2024 cu il tarixində məktəbin kitabxanasında coğrafiya müəllimi L.Sadıqova tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş "Ölkəmizin Nəqşicahanı "adlı tədbir keçirildi.Tədbirdə məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı X.Fərəcova,məktəbin kitabxana müdiri İ.Mustafayeva,coğrafiya fənni üzrə metodbirləşme rəhbəri T.Kərimova və 9A sinif şagirdləri iştirak etdi.Tədbirdə Naxçıvan Muxtar Respublikasının geosiyasi mövqeyi,zəngin tarixi və mədəni irsindən bəhs edildi .Naxçıvan Muxtar Respublikasının təbiəti,mineral bulaqları,faydalı qazıntıları və Duzdağın müalicəvi xüsusiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıldı.Daha sonra isə 9A sinif şagirdləri Naxçıvan Muxtar Respublikası haqqında topladıqları məlumatları tədbir iştirakçıları ilə bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi